Yazını böyüt
Yazını kiçilt
Rusiya fevralın 24-də Ukraynanı işğal etmək üçün başlatdığı müharibədə çox böyük itkilər verib və verməkdə davam edir.
Hafta.az-ın Ukrayna Baş Qərargahının yaydığı məlumata istinadən yazdığına görə, Rusiya ordusunun müharibəyə başladığı gündən indiyədək 250240 hərbçisi öldürülüb.

Rusiyanın itkiləri belədir: Canlı qüvvə itkisi 250240 nəfər, 4244 tank, 8270 zirehli texnika, 4977 artilleriya batareyası, 709 çoxlüləli raket sistemi (MLRS), 467 hava hücumundan müdafiə sistemi, 315 döyüş təyyarəsi, 311 helikopter, 4154 pilotsuz uçuş aparatı (PUA), 1377 qanadlı raketlər, 18 döyüş gəmisi və qayıq, 7154 logistik dəstək maşını və yanacaq tankeri, 735 xüsusi texnika (amfibiya körpü avtomobili və s.).